Avqustun 12-dən etibarən vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinə başlanılıb.
Təhsil Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, vətəndaşlar karantin rejiminin tələblərinə riayət etməklə həftəiçi hər gün saat 09:00-18:00 arası tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə onlara göndəriləcək müvafiq SMS bildirişi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edə bilərlər. Şəhadətnamələrin təqdim olunması prosesinin 15 iş günü ərzində yekunlaşdırılması planlaşdırılır.
Bu xidmət 2020-ci ilin mart ayından başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir. SMS bildirişi almayan vətəndaşlardan Agentliyə yaxınlaşmamaları xahiş olunur.