Tixanovskayanın daha bir müraciəti yayımlandı: “Meydanlara çıxmayın” - VİDEO


Belarusda prezidentliyə namizəd Svetlana Tixanovskaya yeni videomüraciət yayıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkə vasitəsilə yayımlanan yeni görüntülərdə Tixanovskaya insanları meydanlara çıxmamağa çağırıb:
“Mən, Svetlana Tixanovskaya, prezident seçkilərində iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Belarus xalqı öz seçimini etdi.
Minnətdarlıq və səmimiyyətlə bu müddət ərzində mənə dəstək olan bütün vətəndaşlara müraciət edirəm.
Belarus xalqı! Sizi ehtiyatlı olmağa və qanuna hörmətlə yanaşmağa çağırıram. Qan və şiddət istəmirəm. Xahiş edirəm, həyatınızın təhlükə altında qalmaması üçün polisə qarşı çıxmayın, meydanlara çıxmayın. Özünüzü və yaxınlarınızı qoruyun"

DİGƏR XƏBƏRLƏR

Top