Bakı Nəqliyyat Agentliyi (BNA) “Kukla Teatrı" və “Azneft” dairəsinin yaxınlığındakı avtobus dayanacaqlarının ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Yeniavaz.com baku.ws-ə istinadla xəbər verir ki, qeyd olunan ərazilərdə BNA-ya məxsus olan dayanacaqlar sadəcə dəyişdirilir.
"Həmin ərazidə dayanacaqlar ləğv olunmayıb. Hazırda avtobuslar oradan dayanacaq kimi istifadə edir.
Sadəcə mövcud pavilyonlar dəyişdirilir, yeniləri quraşdrılır. Proses bir gün ərzində yekunlaşacaq", - deyə məlumatda bildirilir.