Belarusda keçirilən Prezident seçkilərində Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya ölkəni tərk edərək Litvaya getməsi ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com xəbər verir ki, həmin açıqlamada Tixanovskaya üzləşdiyi çətinliklər səbəbilə belə bir addım atmalı olduğunu bildirib:
“Mən fikirləşdim ki, bütün kampaniyalar mənə elə güc verəcək ki, hər şeyə dözə biləcəyəm. Amma, deyəsən elə başlanğıcdakı zəif qadın olaraq qaldım. Mən öz adıma çox ağır bir qərar verdim. Mən bu qərarı tamamilə özüm qəbul etmişəm. Verdiyim qərara nə dostlarım, nə əzizlərim, nə qərargah, nə ərim təsir edə bilməz. Bilirəm ki, bir çox insan məni başa düşəcək, çoxları qınayacaq, çoxları nifrət edəcək. Amma Allah eləməsin kimsə mənim tək seçim qarşısında qalsın. Ona görə özünüzü qoruyun. Heç bir həyat hazırda yaşananlara dəyməz. Uşaqlar bizim həyatımızda ən vacib şeydir”