Putin ilk vaksinin qeydiyyatdan keçdiyini açıqladı - Qızına da vurulub


Rusiyada COVİD-19-a qarşı il vaksin qeydiyyata alındı.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin xəbər verib. O bildirib ki, qızlarından birinə bu vaksinlərdən vurulub: “İlk peyvənddən sonra onun temperaturu 38 dərəcəyə qalxdı, ertəsi gün isə 37-yə düşdü. Ümid edirəm ki, yaxın vaxtlarda bu dərmanın kütləvi istehsalına başlayarıq. Peyvənd könüllü olacaq, istəyən hər kəs istifadə edə bilər”.
Qeyd edək ki, bu günə qədər Rusiyada 897 min 599 nəfər koronavirusa yoluxub, 15 min 131 nəfər həmin virus səbəbilə dünyasını dəyişib, 703 min 175 nəfər isə müalicə alaraq sağalıb.
Rusiyada son 24 saatda 4 min 945 nəfər yeni növ koronavirusa yoluxub, 130 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top