Ağ Evdə təhlükəli anlar: Şübhəli güllələndi, Tramp təcili hadisə yerindən uzaqlaşdırıldı – VİDEO


Ağ Evin yaxınlığında təhülkəli şəxs güllələnib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp mətbuat konfransı keçirərkən Ağ Evin yaxınlığında təhlükəli anlar yaşanıb. Belə ki, təhlükəsizlik əməkdaşları Ağ Evin yaxınlığında şübhəli hərəkətlər edən silahlı şəxsi güllələyiblər. Həmin anlarda mətbuat otağında çıxış edən Donald Tramp mühafizəçilər tərəfindən təhlükəsiz bölgəyə aparılıb. Ağ Evin qapıları bağlanıb, konfransda iştirak edən jurnalistlər və digər şəxslər bayıra buraxılmayıb. Hadisə vaxtı heç bir təhülkəsizlik əməkdaşının yaralanmadığı bildirilib. Güllələnən şəxs yaralı halda xəstəxanaya göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top