Svetlana Tixanovskaya Belarusu tərk edib


Belarusun prezidentliyə namizədi Svetlana Tixanovskaya Litvadadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin rəhbəri Linas Linkeviçius öz "Twitter" səhifəsində yazıb. "Svetlana Tikhanovskaya təhlükəsizdir. Litvadadır" - deyə o qeyd edib.
Bundan əvvəl, Tixanovskaya həbsinə heç bir səbəb görmədiyini və Belarusu tərk etmək niyyətində olmadığını bildirmişdi.
Qeyd edək ki, Belarus MSK-nın ilkin məlumatına görə, prezident seçkilərində 10,09% səs toplayaraq ikinci yeri tutan Tixanovskaya bu nəticələri tanımadığını, özünü seçilmiş dövlət başçısı hesab etdiyini və Mərkəzi Seçki Komissiyasından şikayət etdiyini bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top