AZAL-ın bu idarəsinin rəhbər heyəti işdən çıxarılıb?


Prezidentin bir neçə qurumun fəaliyyətini tənqid etməsi barədə məlumat vermişdik.
Yeniavaz.com
xəbər verir ki, Olaylar.az saytı sözügedən qurumlardan AZAL-da artıq bu tənqidə görə məsuliyyət daşıyanların işdən çıxarılması barədə məlumat yayıb.
Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Yeniavaz.com-a bildirdi ki, onda bu barədə heç bir rəsmi məlumat yoxdur. O, sadalanan iddiaları təkzib etmədi.
Xatırladaq ki, yayılan məlumatda şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyətinin tamamilə işdən azad edildiyi bildirilib. Qeyd olunub ki, işdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var. Həmçinin Elxan Orucovun Cahangir Əsgərovun təhlükəsizlik üzrə müşaviri və AZAL Oil-un direktoru Fəxrəddin Qazibəyovun köməkliyi ilə 2013-cü ildə bu vəzifəyə təyin olunduğu bildirilib. Şirkətin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin isə işdən azad edilıməsi ilə bağlı ərizəsinin alındığı iddia edilib.

DİGƏR XƏBƏRLƏR

Top