2 məzun maksimal bal toplayıb


11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən Yeniavaz.com-a verilən məlumata görə, imtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 saylı tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplayıb.

Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

 

DİGƏR XƏBƏRLƏR

Top