Belarusda saxlanılanların sayı 3 mini keçib - VİDEO


Belarusun Minsk, Brest, Qrodno şəhərlərində prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə güc strukturları arasında toqquşmalar yaşanır.
Yeniavaz.com xəbər verir ki, etirazçılara qarşı milis və OMON qüvvələri işıq-səs qumbaralarından, rezin güllələrdən istifadə edirlər. Paytaxtda milis postları qurulub, şəhər mərkəzinə avtomobillə hərəkətin qarşısı alınır.

Həm paytaxt Minskdə, həm də adıçəkilən digər şəhərlərdə etirazçıların həbsləri davam edir. Saxlanılanların sayının artıq 3 min nəfəri keçdiyi bildirilir.

 

 

 

 

DİGƏR XƏBƏRLƏR

Top