Yol polisi karantin dövründə sürücülərə daha çox cərimə yazıb - RƏSMİ


Bu ilin yanvar-iyun aylarında ölkədə 760 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5% az yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
açıqlnan rəsmi məlumatlara istinadən bildirir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6% azalaraq 1 026 nəfər olub. Onlardan 325-i həlak olub, 701-i isə yaralanıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2%-ini, yaralananların isə 74,2%-ini kişilər təşkil edib.
2020-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1 milyon 565,7 min olub. Xətaların 39,9%-i yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 15,9%-i dayanma və ya durma qaydalarının pozulması, 10,1%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9%-i epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6%-i icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Qeyd edək ki, bu cərimələrin 25,4 milyon manatı ilin ilk rübündə, 27,2 milyon manatı isə pandemiyaya görə karantin qaydalarının tətbiq olunduğu 2-ci rübdə qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top