Lukaşenko: “Məni bağışlayın, qoyunlar nə etdiklərini başa düşmürlər”


Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə baş verən etirazlardan danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Lukaşenko Belarusdakı etirazların Polşa, İngiltərə, Çexiyadan təşkil edildiyini bildirib: “Biz xaricdən gələn zəngləri izlədik, bağışlayın, bizim qoyunları idarə ediblər onlar nə etdiklərini başa düşmürlər. Etirazlar Polşa, İngiltərə, Çexiyadan idarə edilib.
Lukaşenko həmçinin bildirib ki, Rusiya, Polşa və Ukrayna vətəndaşları da Belarusiyada baş verən kütləvi etiraz aksiyalarında iştirak etməyə cəhd göstəriblər:
“Etirazlara Polşadan da qoşulmuşdular, Ukraynadan gələnlər də vardı. Ümid edirəm bu dövlət siyasəti deyildi. Təəssüflər olsun ki, Rusiyadan da bəzi insanlar gəldi”.
 

DİGƏR XƏBƏRLƏR

Top