Türkiyə Aralıq dənizində “NAVTEX” elan etdi, Yunanıstanla gərginlik artdı


Türkiyə Aralıq dənizində karbohidrogen axtarışlarını davam etdirəcəyini açıqlayıb.
Yeniavaz.com
NTV-yə istinadla xəbər verir ki, Türkiyə karbohidrogen axtarışlarının davam etdirilməsi üçün Aralıq dənizinə “Oruç Reis” seysmik tədqiqat gəmisinin göndərilməsinə dair “NAVTEX” (dənizçilərə xəbərdarlıq) elan edib. Bu barədə danışan Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz gəminin Antalya limanından yola çıxaraq araşdırma aparılacaq əraziyə çatdığını söyləyib. Bu hadisədən sonra Yunanıstanın Milli Təhlükəsizlik Şurası təcili iclas keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Yunanıstanın bu mövzuda verdiyi vədlərə əməl etmədiyi üçün Aralıq dənizində karbohidrogen axtarışlarını davam etdirəcəklərini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top