34 yaşlı kişi Kür çayında batıb.
Yeniavaz.com xəbər verir ki, hadisə çayın Yevlaxdan keçən hissəsində baş verib. 1986-cı il təvəllüdlü Cəfər Cəfərov çayda çimərkən boğulub. Onun meyti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən səhər saatlarında sudan çıxarılıb. Məlumata görə, mərhum kiçik qardaşı ilə birgə Kür-ə gedib. Boğulma təhlükəsi ilə üzləşən kiçik qardaş, Şəhriyar Cəfərov ətrafdakıların köməyi ilə xilas edilib. Böyük qardaş Cəfər Cəfərov isə çayda boğulub.
Esmira Hidayətova, Yevlax