Türkiyədə 15-24 yaşlarında gənclərin 24,9%-i işsizdir.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinin açıqladığı sonuncu göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin may ayında 15-24 yaşlarında gənclər arasında işsizlik səviyyəsi 1,6% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin may ayında Türkiyədə işsizlik səviyyəsi 0,1% artaraq 12,9%-ə yüksəlib. Son bir il ərzində məşğul əhalinin sayı kənd təsərrüfatında 308 min, sənaye sektorunda 274 min, inşaat sektorunda 206 min, xidmət sektorunda isə 1 milyon 622 min nəfər azalıb.