Beyrut partlayışının daha bir görüntüsü ortaya çıxdı – VİDEO


Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın yeni görüntüsü yayılıb.
Yeniavaz.com
xəbər verir ki, yeni ortaya çıxan görüntülərdə partlayışın şiddəti ilə bir qadının evin dəmir məhəccərinə sürətli şəkildə çırpıldığı görülür. Qadının səhhəti barədə isə heç bir məlumat verilməyib.
Xatırladaq ki, 4 avqustda Beyrut limanında güclü partlayış baş vermişdi. Hadisə nəticəsində 154 nəfərin vəfat etdiyi, 5 mindən çox insanın yaralandığı bildirilir. Minlərlə insan isə dağıntılar səbəbilə yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, partlayışın səbəbi olaraq 2700 ton ammonium nitrat maddəsi göstərilir. Ancaq, raket və bənzəri silah-sursatla kənar müdaxilə istisna edilmir

DİGƏR XƏBƏRLƏR

Top