Toy olmadığı üçün tanınmış meyxanaçı özünə yeni iş tapdı


Tanınmış meyxanaçı Vüqar Əbdülov ev alqı-satıqısına başlayıb.

Bu barədə meyxanaçının özü İnstaqram səhifəsində məlumat yayıb.
Meyxanaçı ev alğı-satıqısı ilə bağlı ofisin qarşısından fotosunu bu sözlərlə paylaşıb: 
"Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".
Qeyd edək ki, Vüqar Əbdülov bir müddət bundan əvvəl mətbuata açıqlamasında toylarsız qalan digər həmkarları kimi maddi vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Meyxanaçı sənətdən başqa bir iş bacarmadığını, gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi çalışmağı düşündüyünü demişdi.

DİGƏR XƏBƏRLƏR

Top