Beyrutda etirazçılar iki nazirlik binasını zəbt ediblər, toqquşmada bir polis ölüb


Beyrutun mərkəzində nümayişlər zamanı odlu silahdan atılan atəş nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı ölüb.
Bu barədə “Al-Hadath” telekanalının “Twitter” səhifəsində məlumat yer alıb.
Məlumata görə, daha bir neçə nəfər odlu silah yarası alıb.
Bildirilir ki, şəhərdə keçirilən aksiyalar zamanı etirazçılar Livan XİN-in binasına daxil olublar. Binanın yaxınlığında cəmləşən polislər onlarla danışıqlar aparır. Bildirilir ki, etirazçılar burada prezident Mişel Aunun portretini yandırıblar və XİN-in binasını özləri üçün mənzil-qərargah elan ediblər.
“Sky News Arabia” telekanalının məlumatına görə, etirazçılar, həmçinin Beyrutun mərkəzində İqtisadiyyat Nazirliyinin binasına daxil olublar.
Qeyd edək ki, faktiki olaraq şəhər mərkəzi bütövlükdə təhlükəsizlik qüvvələri və etirazçılar arasında yaranan toqquşma meydanına çevrilib. Kütləvi etiraz aksiyaları “Al-Kataib” müxalifət partiyasının lideri Sami Jmayelin çağırışlarından sonra baş qaldırıb. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin məlumatına görə, etiraz aksiyaları zamanı 230 nəfər xəsarət alıb. “Xəsarət alan 63 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırıldı. 175 yaralıya yerində tibbi yardım göstərilib”, - deyə məlumatda qeyd olunub.//APA

DİGƏR XƏBƏRLƏR

Top