Beyrutda etirazçılar XİN-in binasını tutub


Livanın paytaxtı Beyrutda etirazçılar Xarici İşlər Nazirliyinin binasına soxulublar.
Yeniavaz.com
"tass" agentliyinə istinadla xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına girərək “Beyrut - silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.
Bildirilir ki, Beyrut limanında baş vermiş partlayış zamanı şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binası da ciddi ziyan görüb.
Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar keçirilməsi tələbi ilə hökumət əleyhinə mitinqlər keçirir. Aksiya iştirakçıları kütləvi şəkildə polisə daş və partlayan pirotexnikalar atırlar. Polis qüvvələri isə bunun cavabında gözyaşardıcı qazdan istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top