“Qaçqınkom”dan Mingəçevirdəki sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Mingəçevir şəhərindəki keçmiş turist bazasında (“Turbaza”), məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazidə torpaq sürüşməsinin baş verməsi barədə xəbər vermişdik.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.

Hadisə nəticəsində ikisi Ağdam, biri Kəlbəcər rayonundan olmaqla üç məcburi köçkün ailəsinin müvəqqəti yaşayış yerinə ziyan dəyib. Dövlət Komitəsi həmin yaşayış yerlərində qısa müddətdə zəruri təmir-bərpa işləri aparacaq.

Mingəçevir şəhərindəki “Turbaza” adlanan ərazidə 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Bu ailələrin əksəriyyəti Ağdam və Kəlbəcər rayonlarından olan məcburi köçkünlərdir.

Onların yeni yaşayış sahələrinə köçürülməsi məsələsinə bölgədə məcburi köçkünlər üçün gələcəkdə yeni qəsəbələr salınarkən mövcud qaydalar çərçivəsində baxılacaq.

DİGƏR XƏBƏRLƏR

Top