Putin və Lukaşenko Belarusiyada tutulan 33 Rusiya vətəndaşı barədə müzakirə aparıblar


Rusiya prezidenti Vladimir Putin və Belarusiya prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, telefon danışığı zamanı Belarusiyada tutulan 33 Rusiya vətəndaşı müzakirə edilib. Bildirilib ki, yaranan vəziyyət iki ölkə ölkə arasındakı əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcək. Lukaşenko Belarusda sabit daxili siyasi vəziyyətin qorunmasında maraqlı olduğunu deyib. 
Xatırladaq ki, bir neçə gün əvvəl Belarusiyada Rusiyaya aid özəl hərbi şirkətin 33 nəfər döyüşçüsü həbs edilib. Onlar ölkədə terror aktı törətmək və kütləvi iğtişaşlar təşkil etməyə cəhddə günahkar bilinirlər. 
Qeyd edək ki, sabah, avqust ayının 9-da Belarusiyada prezident seçkiləri keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top