Rusiyada son 24 saatda 100-dən çox insan COVID-19-dan öldü


Rusiyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Rusiyada son sutkada 119 nəfər COVID-19 səbəbilə vəfat edib, 5 min 241 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, həmin ölkədə yeni növ koronavirus səbəbilə ölənlərin ümumi sayı 14 min 725-ə, yoluxanların sayı isə 877 min 135 nəfərə çatıb. 683 min 592 nəfər  isə müalicə alaraq sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top