Rusiyanın Xabarovsk vilayətində yenidən etiraz aksiyası keçirilir


Rusiyanın Xabarovsk vilayətində qubernator Sergey Furqalın həbs edilməsi səbəbilə etiraz aksiyaları davam edir.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu gün 3 minə yaxın insan Lenin meydanına toplaşaraq razılaşdırılmamış etiraz aksiyası keçirir. Müxtəlif şüarlar səsləndirərək şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara polis müdaxilə edir. Aksiyanın keçirildiyi yerə çox sayda həkim, təcili yardım və təhlükəsizlik əməkdaşları cəlb edilib. 
Qeyd edək ki, Rusiyanın Xabarovsk vilayətinin qubernatoru Sergey Furqalın həbsindən sonra orada Rusiya hökumətinə qarşı etiraz aksiyaları başlayıb. Aksiyalarda Putin əleyhinə şüarlar səsləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top