Azərbaycanlı Almatıda filmlərə səhnə olacaq fırıldağa əl atdı - FOTO


37 yaşlı Azərbaycan vətəndaşı Almatıda külli miqdarda pul əldə etmək üçün özünü “oğurladıb”
Yeniavaz.com xəbər verir ki, bu barədə kazpravda.kz polis idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir yayıb.
Verilən məlumatlarda bildirilir ki, o tez-tez Qazaxıstanın Almatı şəhərindəki qohumlarının evinə qonaq gedib. Azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün fırıldağa əl atıb. Belə ki, həmin şəxs Almatıda Qazaxıstana özünü meyvə-tərəvəz gətirən iş adamı kimi təqdim edərək, iş qurmaq üçün tərəfdaş axtarmağa başlayıb. Bu zaman qazaxıstanlı Nur-Sultandan adlı işadamı onunla görüşərək bizneslə məşğul ola biləcəklərini deyib. 
37 yaşlı kişi isə əmisi oğlu, onun dostu və sevgilisi ilə film səhnələrini xatırladan cinayətə əl atıblar. Azərbaycanlı, özünü dostlarına “oğurlatdırıb”, və qazaxıstanlı biznesmenə səsli mesaj və özünün qanlı fotosunu göndərib. “Oğrular” azərbaycanlının sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyib. 
Bu hadisədən sonra qazaxıstanlı biznesmen polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ortaya çıxıb və polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

 
 

DİGƏR XƏBƏRLƏR

Top