Zabrat-Kürdəxanı yolunda iki avtomobil toqquşub


Bakıda Zabrat-Kürdəxanı yolunda avtomobil qəzası baş verib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, “KİA Optima” markalı avtomobil “Ravon” markalı avtomobilə çırpılıb.

Daha sonra KİA-nın sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı dərəyə yuvarlanıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Dərəyə aşan avtomobilin xanım sürücüsü isə ətrafdakıların köməyilə nəqliyyat vasitəsindən çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top