“Twitter” dövləti təmsil edən şəxslərlə bağlı yeni qayda tətbiq edəcək


“Twitter” dövləti təmsil edən şəxslər, rəsmi media qurumları və orada çalışan vəzifəli şəxslərlə bağlı yeni qayda tətbiq edəcəklərini açıqlayıb.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, yeni qaydaya əsasən bəhs edilən hesabların bütün paylaşımlarında dövlətlə əlaqəli olduqlarını göstərən işarə qoyulacaq. Yeni qayda hələlik BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aid “Twitter” hesablarına tətbiq ediləcək. Verilən açıqlamada həmin qaydanın gələcəkdə daha geniş şəkildə tətbiq ediləcəyi planlaşdırılır. Dövlətlərin maliyyələşdirdiyi ancaq, müstəqil fəaliyyət göstərən bəzi media orqanlarının paylaşımları işarələnməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top