Bəzi ölkələrdə COVID-19-a görə yoluxma və ölüm hallarının sayı artır


Bəzi ölkələrdə COVID-19-a görə yoluxma və ölüm hallarının sayı getdikcə artır.

Yeniavaz.com “Worldometers”ə istinadən xəbər verir ki, həmin ölkələr sırasında Kolumbiya, Ekvador, Qvatemala, Nigeriya, Misir, Fəs, Liviya, Tunisin adları da yer alır.
Belə ki, Cənubi Amerika ölkəsi olan Kolumbiyada COVID-19 səbəbindən ölənlərin sayı 11 min 939, Ekvadorda 5877, Mərkəzi Amerika ölkəsi olan Qvatemalada 2119-a qalxıb.
Qərbi Afrika ölkəsi Nigeriyada yeni növ koronavirus aşkarlanan insanların sayı 45 min 244 nəfərə çatıb.
Misirdə 4 min 951, Mərakeşdə 449, Liviyada 99 nəfər COVID-19-a yoluxub. Tunisdə də yoluxma sayı artım müşahidə olunub.
Qərbi Afrika ölkəsi olan Qanada koronavirusdan sağalanların sayı 36384 nəfər olub.
Qeyd edək ki, hazırda dünya üzrə koronavirusa yoluxanların sayı 19 milyon 266 min 69, dünyasını dəyişənlərin 717 min 787, sağalanların sayı isə 12 milyon 364 min 324 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top