Beyrutda hökumətin istefası tələb olunur


Beyrutda baş verən partlayışdan sonra hökumətin istefasını tələb edən bir qrup şəxs etiraz aksiyası keçirib.
Yeniavaz.com “МИР 24”ə istinadən xəbər verir ki, Beyrut küçələrinə çıxan nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Bir qrup etirazçı çəkilmiş kardonları yararaq parlamentin binası girməyə cəhd ediblər. Bunun qarşısını alan polis əməkdaşaları ilə nümayişçilər arasında iğtişaş yaranıb. Etirazçılar daşlardan və molotov kokteyllərindən istifadə ediblər.
Nəticədə hər iki tərəfdən xəsarət alanlar olub. Onlar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxalanalara çatdırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top