Azərbaycanda şirkətlər və işçilər arasında əmək münasibətlərini tənzimləyən yeni platforma yaradılır


"Azərbaycanda Əmək Münasibətləri Platforması yaradılacaq".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, yeni platforma şirkətlərə öz fəaliyyətlərini əmək qanunvericiliyinə uyğun olaraq qurmağa xidmət edəcək:
“Bunun üzərində ciddi iş aparılır. Yaxın dövrlərdə istifadəyə veriləcək. Bu isə bütün işəgötürənlər üçün ladrlar şöbəsini əvəz edən bir platformaya çevriləcək. Onlar üçün əmək münasibətlərinə dair bütün məsələlər mərkəzləşdirilmiş qaydada təqdim ediləcək. Məsələn, bu platforma işə düşdükdən sonra hər hansı bir işçi məzuniyyətə çıxmaq istədiyi təqdirdə bu sistemdən istifadə edən işəgötürən avtomatik olaraq biləcək ki, ona əmək qanunvericiliyinə əsasən nə qədər əməməzuniyyəti düşür, nə qədər ona ödəniş edilməlidir, bülletenlər necə rəsmiləşdirilməlidir və s. Yəni bu platforma imkan verəcək ki, şirkətlərimiz əmək məcəlləsi üzrə öz fəaliyyətlərini tam şəkildə qura bilsin. Müxtəlif dövlət qurumları ilə olan inteqrasiyalarımızdan, onların məlumat bazalarının qoşulması və keyfiyyətindən asılı olaraq bu prosesi altı ayla bir il ərzində həyata keçirdəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top