"190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin?"


"Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 190 manatlıq ödənişin əsas iki kriteriyası var idi: “Birincisi işsiz şəxslər və gəlirini itirənlərə, işləyənlərə dəstək verilsin. İkinci isə aztəminatlılıq. Digər vətəndaşlar bizə müraciət edəndə bildirdilər ki, bizim kriteriyalarımız buna uyğun deyil, lakin biz də aztəminatlı ailəyik. Bu zaman onlar üçün ikinci proqram elan edildi. Yəni haqqı ödənilən ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Aztəminatlı şəxs üçün təklif olunan iş, minimum əmək haqqı olan iş yerləridir.Yox, əgər vətəndaş alisavadlı, ixtisaslı biridirsə, o zaman onun üçün vakasiya bankından iş təklif edilir. Orada 47 min iş var və müraciət edə bilərlər. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun". 
Nazir bildirib ki, 190 manatlıq yardımdan imtina alan insanlar bizə şikayət ünvanlayıb: "Biz araşdırdıq ki, həmin şəxslərin maddi imkanı yüksəkdir. Ona görə də imtina edilib və səbəbləri də izah edildi. Lakin bununla razılaşmayan 3 üç ay ərzində 20 minə yaxın insan şikayət edib. Onlara minimum əmək haqqı ilə ictimai işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Necə olur ki, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs aylıq 250 manatlıq maaşla iş istəməsin? Bu təbii ki, sual yaradır".

DİGƏR XƏBƏRLƏR

Top