Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzaladı

ABŞ prezidenti Donald Trump “TikTok” sosial platformasına qarşı məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Yeniavaz.com
“tass” agentliyinə istinadla xəbər verir ki, fərman ABŞ-da sözügedən sosial platformanın sahibi “ByteDance”  və onun törəmə şirkətləri ilə hər hansı bir əməliyyatı qadağan edir. Sənədin mətni Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb. Tramp fərmanda, ABŞ-ın öz milli təhlükəsizliyini qorumaq üçün təcili olaraq “TikTok”a qarşı hərəkətə keçməli olduğunu bildirir.
Qadağa fərmanın imzalandığı vaxtdan 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir.
ABŞ-ın bir sıra nüfuzlu şəxsləri və təhlükəsizlik üzrə mütəxəssisləri “TikTok” sosial şəbəkəsinin Çin hökuməti tərəfindən casusluq məqsədi ilə istifadə edildiyini iddia edir.
Qeyd edək ki, Trump “WeChat” sosial şəbəkəsi ilə də bağlı eyni məhdudiyyətlərin nəzərdə tutulduğu fərmanı da imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top