20 Yanvar şəhidi Fərizənin bacısı koronavirusdan vəfat etdi - Tibb bacısı işləyirdi


20 Yanvar şəhidlərindən İlham və Fərizə Allahverdiyevlər ailəsinin bir üzvü koronavirusun qurbanı olub.


Yeniavaz.com xəbər verir ki, Medicina.az-ın əldə etdiyi məlumata görə, Fərizənin bacısı Elza xanım ( iş yoldaşları ona Toma deyirdi) ötən gecə koronavirusdan vəfat edib.

65 yaşlı tibb bacıs, 2 saylı Əfəndiyev adına şəhər klinikasında koronaviruslu xəstələrlə çalışırdı.

Peşə borcunu yerinə yetirərkən virusa yoluxan qadının vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Elza Fərizənin böyük bacısı idi.

O, son 3 ildə ard-arda ata və anasını da itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top