Beyrutda partlayışdan sonra xilasetmə işləri davam etdirilir


Livanın paytaxtı Beyrutda baş vermiş hadisədə ümumilkdə 135 nəfərin dünyasını dəyişdiyi, 5 mindən çox insanın yaralı olduğu bildirilir.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, hadisədən sonra ölkədə 2 həftəlik  fövqəladə hal elan olunub.
Beyrut Valisi Marvan Abboud şəhərin yarıdan çoxunun hadisədən zərər çəkdiyini bildirib. Güclü partlayışın dalğasından hadisədən xeyli uzaqda yerləşən bir çox evin pəncərələri qırılıb. Partlamaya yaxın ərazilərdə isə qalıqlar və çöküntülər meydana gəlib. Vali həmçinin şəhərə dəyən zərərin miqdarını açıqlayıb. Məbləğ 3 milyard dollar həcmində göstərilir.
Xilasedicilər hadisə yerində xilasetmə işlərini davam etdirir. Digər tərəfdən hadisə yerində yaşayan yaxınları ilə təmas qura bilməyən insanlar sosial şəbəkə hesablarından öz telefon nömrələrini və onların şəkillərini paylaşırlar.
Azərbaycan da daxil olmaqla Türkiyə, Rusiya, İran, Fransa, İordaniya, Misir, Çexiya, Danimarka, Yunanıstan, Avstraliya kimi dünyanın bir sıra ölkələrindən Livana maddi dəstək və başsağlığı mesajları gəlməkdə davam edir. 
Xatırladaq ki, Livanın Baş naziri Hassan Diab 2700 ton ammonium nitrat maddəsinin patlayışa səbəb olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top