Xerosimaya atom bombası atılmasından 75 il ötür


Dünyada ilk dəfə atom bombasının atıldığı Yaponiyanın Xerosima şəhərində baş verən faciənin üzərindən 75 il keçir.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, bununla bağlı Xerosima Sülh Memorial Parkında hadisə qurbanları yad edilib. Mərasimdə hadisə qurbanlarının yaxınları və siyasi nümayəndələr iştirak edib. Koronavirus tədbirləri çərçivəsində həmişəkindən fərqli olaraq iştirakçı sayı az olub.
Xerosimada həyatını itirənlər ABŞ-ın hadisəni törətdiyi saatda (08:15) yad ediliblər. Bundan əlavə Sülh Memorial Parkından hadisə vaxtı və hadisədə zərər çəkərək sonradan dünyasını dəyişən 324 min 129 nəfərin adı qeyd olunmuş siyahı asılıb.
Xatırladaq ki, hadisə 6 avqust 1945-ci ildə baş verib. Minlərlə insan dünyasını dəyişib. Yüz minlərlə insan yaralanıb və ya radiasiya səbəbindən müxtəlif xəstəliklərə məruz qalıb. Hadisədən 3 gün sonra 9 avqust 1945-ci ildə Naqasaki də eyni hücuma məruz qalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top