Hindistanda COVID-19 xəstəxanası yandı - Ölənlər var


Hindistanın Qucerat ştatında səhər saatlarında COVID-19 xəstələrinin müalicə aldığı xəstəxanada yanğın baş verib.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin açıqlamalarda hadisə vaxtı 3-ü qadın olmaqla 8 nəfərin öldüyü bildirilib.
Səlahiyyətli şəxslər yanğından sonra 45 xəstənin başqa xəstəxanaya aparıldığını açıqlayıb.
Yanğın nəzarət altına alınıb. Yanğının baş verməsinə səbəb elektrik xəttində yaranan qısaqapanma olub.
Hadisə ilə əlaqədar olaraq istintaq başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top