Flora Kərimova: "Nazir dedi ki, 10 nəfərə əməkdar və xalq artisti adı verilib, mənim xəbərim yoxdur" - VİDEO


"Bir dəfə hökumət konsertində idim. Nazirlərdən biri söhbət arasında mənə dedi ki,  "Flora bu gün səhər qəzeti açdım və gördüm ki, 10 nəfərə əməkdar və xalq artisti adı verilib. Bundan isə mənim xəbərim yoxdur. Bax belə idi...".
Bu sözləri Xalq artisti Flora Kərimova Yeniavaz.com-a müsahibəsində deyib. O bildirib ki, buna baxmayaraq bütün iradlar, kəskin sözlər həmin nazirin ünvanına deyilirdi: "Mən deyirəm ki, heç bir nazirin ixtiyarı özündə deyil. Kimə bağlıdırsa ondan soruşmaq lazımdır... Adları kim sifariş edirsə ondan soruşmaq lazımdır... 16 il iş başında olan birini yıxıb sürüyürlər... Sözünüz var idi vaxtında deyərdiniz bəlkə onda nə isə dəyişmək olardı". 
Xalq artisti Flora Kərimovanın Yeniavaz.com saytının "Üz-üzə" layihəsinə verdiyi müsahibənin tam versiyasını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top