Çində göydələnə ildırım düşüb - VİDEO


Çinin Şenyanq şəhərində göydələnə düşən ildırım həvəskar kamera ilə lentə alınıb.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, ildırım göydələnin üzərinə düşdükdən sonra binanın ətrafını alov bürüyüb və ətrafa qığılcımlar yayılıb.
Çin mətbuatının verdiyi məlumatda ildırımın elektrik naqillərinin üzərinə düşməsi səbəbilə ətrafa qığılcım yayıldığı bildirilib. Bu görüntü də kənardan yanğın təəssüratı bağışlayıb. Hadisədə zərər çəkən olmadığı deyilir.

DİGƏR XƏBƏRLƏR

Top