Livandakı partlayışda yaralananların sayı 5 min oldu - ölənlərin sayı artdı


Livanın paytaxtı Beyrutda baş verən partlayış səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Beyrutda baş verən partlayışda ölənlərin sayı 135-ə çatıb. Yaralananların sayı isə 5 mini ötüb. Beyrut valisi Mərvan Abuud verdiyi açıqlamada bildirib ki, partlayış səbəbilə məcburi şəkildə evlərini tərk edən minlərlə vətəndaş ancaq, 2-3 aydan sonra qayıda biləcəklər.
Qeyd edək ki, Beyrut limanındakı partlayışa  2 min 750 ton ammonium nitrat maddəsinin səbəb olduğu bildirilir. Müxtəlif ölkələrdən olan təhlükəsizlik məsələləri üzrə bir çox mütəxəssis partlayışın hərbi sursat vasitəsilə gücləndirildiyi qənaətindədirlər. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top