Bakıda binada yanğın olub, zəhərlənən var


Bakıda mənzildə yanğın olub. Yeniavaz.com 
FHN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 30 m2 olan mənzilin hamam otağında 1 ədəd su qızdırıcısı yanıb, yüksək temperaturdan  plastikdən ibarət vanna əriyib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top