Azərbaycanın bu rayonunda sel yolları dağıtdı - VİDEO

İsmayıllıda sel yolları dağıtdı, Lahıca giriş bağlandı - VİDEO

Güclü yağışlar nəticəsində İsmayıllı rayonuna sel gəlib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, yağan yağışlar bir sıra fəsadlar törədib. 

İsmayılı Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev bildirib ki, yağan yağışlar zamanı yol təsərrüfatına ziyan dəyib:

“Qurbanəfəndi, Müdri, Yuxarı Cülyan kəndlərinin yolları sel sularından zərər çəkib. Lahıc kəndinə gedən yol isə gecə saatlarında uçquna görə bağlanıb. Bu gün yol təmizlənib. Sel nəticəsində tikililərə ziyan dəyməyib”.

DİGƏR XƏBƏRLƏR

Top