Çinin aparıcı həkimləri Azərbaycana gəldi - FOTOLAR

“Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb. 
Yeniavaz.com xəbər verir ki, yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.
AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılmışdır.
"Azərbaycan Hava Yolları"nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam etmişdir.
Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  Operativ Qərargahın tapşırığına əsasən təşkil olunmuşdur.

DİGƏR XƏBƏRLƏR

Top