Kənd və qəsəbə istiqamətlərində yeni 115 avtobus buraxılacaq - RƏSMİ


Kənd və qəsəbə istiqamətlərində sərnişin sıxlığının qarşını almaq üçün bu istiqamətlərdə yeni 115 avtobus buraxılacaq. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev əlavə ekspres xətlərin təşkili və sərnişindaşımayla bağlı  təşkil olunmuş brifinqdə deyib.
M. Ağayev qeyd edib ki, bura ancaq kiçik həcmli yox, həm də  iri tutumlu yəni 18 metrlik avtobuslar daxildir, çünki bəzi istiqamətlərdə onlara manevr etmək üçün şərait mövcuddur.

DİGƏR XƏBƏRLƏR

Top