ABŞ-da COVID-19-a yoluxanların sayı 5 milyona çatır


ABŞ-da yeni növ koronavirusdan ölüm və yoluxma halları artmaqda davam edir.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, son rəqəmlərə görə, ABŞ-da 24 saatda 568 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, 48 min 622 nəfər isə həmin xəstəliyə yoluxub. Həmin ölkədə koronavirusdan ölənlərin ümumi sayı 568-ə, yoluxanların sayı isə 4 milyon 863 min 77-yə çatıb.
Xatırladaq ki, ABŞ-da ən çox yoluxma halının qeydə alındığı yer Kaliforniya ştatıdır. Orada bu günə qədər 522 min 30 nəfər, COVİD-19-a yoluxub, 9 min 507 nəfər isə həmin virus səbəbilə ilə dünyasını dəyişib. İkinci sırada isə Florida ştatı dayanır. Orada 491 min 884 nəfərdə koronavirus aşkarlanıb, 7 min 157 nəfər isə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top