Lukaşenko: "Rusiya bizi itirməkdən qorxur"


Belarusiya prezidenti Rusiya ilə münasibətlərindən danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Belarusiya prezidenti Aleksandr Lukaşenko Rusiya ilə müttəfiq olaraq qalacaqlarını açıqlayıb: “Rusiya bizi itirməkdən qorxur. Çünki, onların həqiqətən yaxın müttəfiqi qalmayıb. Qərb isə bizə böyük maraq göstərməyə başlayıb. Bizim isə bildiririk ki, heç kimə qarşı başqa bir ölkə ilə dostluq etmərik”.
Lukaşenko həmçinin bildirib ki, Belarusiya bu vaxta qədər heç bir problemli məsələlərə daxil olmayıb və beynəlxalq problemlərin ancaq dinc yolla həllinin tərəfindədirlər.
Qeyd edək ki, 9 avqust 2020-ci ildə Belarusiyada prezident seçkiləri keçiriləcək. Hazırkı prezident Alkesandr Lukaşenko 1994-cü ildən Belarusiya prezidenti vəzifəsini icra edir.

DİGƏR XƏBƏRLƏR

Top