Belarusiya Müdafiə Nazirliyi Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayacaqlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarusiya Müdafiə Nazirliyinin rəsmisi Natalya Qavrusik ria.ru-ya açıqlamasında bildirib. Avqust ayının 11-də keçirilməsi planlaşırılan təlimdə ordunun aktivliyinin artırılmasının hədəfləndiyi bildirilib. Qavrusik həmçinin bildirib ki, hərbi xidmətə cəlb olunanların sənədləri və məlumatları da yenilənir. Bu isə səfərbərlik demək deyil. Bu, aidiyyatı dövlət idarələrinin səlahiyyətində olan normal haldır.
Qeyd edək ki, avqustun 9-da Belarusiyada prezident seçkiləri keçiriləcək. Bir çox xarici mətbuatda seçki ərəfəsində Belarusiyada iğtişaşların başlaya biləcəyi və Rusiyanın bu prosesdən öz xeyrinə istifadə edəcəyi barədə məlumatlar yayılıb.