İranda son sutka ərzində 200-dən çox insan koronavirusdan öldü


İranda yeni növ koronavirus səbəbilə ölən və yoluxanların sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saatda 215 nəfər COVİD-19-dan ölüb, 2 min 598 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə həmin ölkədə ölənlərin ümumi sayı 17 min 405-ə, yoluxanların sayı isə 312 min 35-ə çatıb.
Qeyd edək ki, dünyada bu günə qədər 697 min 912 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib, 18 milyon 468 min 75 nəfər isə yoluxub. 11 milyon 696 min 109  nəfər isə həmin virusdan sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top