“Fujitsu” brendinin kitab skaneri SV600 – VİDEO


"Halal-P" MMC şirkəti “Fujitsu” brendinin Azərbaycanda rəsmi distributorudur.
Təqdim etdiyimiz avadanlıq isə “Fujitsu ScanSnap SV600” skaneri və onun yeni konfiqurasiyasıdır.
Adi fayllardan fərqli olaraq kitabları onlara zərər vermədən və düzgün rəqəmsal görüntü almaq üçün skan etmək çox çətindir. Ümumiyyətlə SV600 skaneri kitab skanı üçün ən unikal seçimdir. Bu skaner adi skanerlərin sahib olduğundan fərqli texnologiya əsasında çalışır. Yüksək yönəlməli LED lampaları vasitəsi ilə hərəkət edən başlığı ilə kitabı yuxardan aşağı doğru rahatlıqda skan edə bilir. Hətta işığı az olan və qaranlıq yerlərdə də bu əməliyyat mümkündür.  
“Manual book correction” funksiyası vasitə ilə skan olunmuş kitab sihəfəsi üzərində müəyyən dəyişikliklər aparmaq da mümkündür. Hətta xüsusi tətbiq vasitəsi ilə  kitab üzərində barmaqlarınızın görüntüsünü belə rahatlıqla yox etmək olur.
Skan olunmuş sənədləri PDF, “Word” və “Excel” formatında da saxlamaq mümkündür.
Bu skanerə yeni əlavə etdiyimiz altlıq ilə kitabları əl ilə tutmadan və tam düzgün görüntü alaraq skan etmək olar. Bu konfiqurasiya kitabxanalar, arxivlər üçün mükəmməl seçimdir.

DİGƏR XƏBƏRLƏR

Top