​Uhanda COVID-19-la mübarizə aparmış tibbi heyət Azərbaycana yola düşüb


Uhanda yeni növ koronavirusla mübarizə aparmış çinli həkimlər Azərbaycana yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CGTN” media orqanında məlumat verilib. Bildirilib ki, Qərbi Çin Xəstəxanasından bir qrup həkim, COVID-19 pandemiyası ilə mübarizəyə kömək etmək üçün Azərbaycana yola salınıb.
Tibbi qrupun 10 nəfər üzvü ağciyər və intensiv tibbi müalicə, epidemiologiya, laboratoriya, ənənəvi Çin təbabəti və Qərb təbabətinin inteqrasiya olunmuş müalicəsini əhatə edən müxtəlif sahələr üzrə mütəxəssisdir. Onların bəziləri Uhanda epidemiya ilə mübarizə aparıb. Tibb işçilərinin öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəkləri vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top