Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ


“Çimərliklərin açılmasına mövcud vəziyyət imkan verir. Bununla bağlı ölkə rəhbərliyinin tapşırığı var. Müəyyən edilmiş monitorinq qrupu pandemiyaya uyğun tələblərə riayət edilməsinə uyğun olan çimərliklər müəyyən edilib”.

Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, avqustun 5-dən fəaliyyətə başlayacaq “cimerlik.az” saytı bu sahədə informativ sayt olacaq: “Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib”.
Qeyd edək ki, Ülvi Mehdiyev həmçinin bildirib ki, aparılmış təhlil nəticəsində Bakı şəhəri ərazisində 101, Sumqayıt şəhərində isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top