"Ehtiyacı olan sahibkarlara 250 manat yardımın təkrar verilməsi gündəmdədir"

“İşçi saylarında azalmaya yol verməyən, müəyyən olunmuş qaydalara əməl edən sahibkarlıq subyektlərinə əlavə dəstəyin verilməsi nəzərdə tutulub”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, ehtiyacı olan sahibkarlara 250 manat yardımın təkrar verilməsi gündəmdədir: “Əldə etdiyimiz nəticələr iyunun 21-dən etibarən tətbiq edilən karantin rejiminin və vətəndaşların buna əməl etməsinin nəticəsidir. Dünya təcrübəsi göstərir ki, yumşalmaya getdikdə alovlanma artır. Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün qaydalara əməl etmək zəruridir. Sosial-iqtisadi yardım paketləri davam etdirilir, pandemiyadan zərər çəkmiş şəxslərə yardım bundan sonra da davam etdiriləcək. 28 iyul tarixindək maliyyə dəstəyi almaq üçün 272 min 932 muzlu işçisi olan 30 minədək vergi ödəyicisinin müraciət etmişdir. Araşdırma nəticəsində 24 825 muzdlu işçiyə ikinci tranşda maaş verilmişdir".

DİGƏR XƏBƏRLƏR

Top